“Şəhərlilər” “Milan”la razılığa gəldi

“Şəhərlilər” “Milan”la razılığa gəldi

İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Ticani Reiynders karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 
Olimpnews.az Skysports.com-a istinadən xəbər verir ki, tərəflər artıq transfer üçün razılıq əldə ediblər. Niderlandlı yarımmüdafiçi ilə 5 illik müqavilə imzalanacağı gözlənilir. “Şəhərlilər” 26 yaşlı futbolçunun transferi üçün “qırmızı-qaralar”a təxminən 46,3 milyon funt sterlinq (55 milyon avro) ödəyəcək.