"İnter" klubunun baş məşqçi Simone İnzaqinin həyat yoldaşı Qayia Lucariello onun "İnter"dən uzaqlaşmağı barədə fikirlərini bildirib. "Məsələ odur ki, İnzaqi fikrini qətiləşdirib. Çox israr etdim, amma alınmadı. Həyatda hər şeyin bir başlanğıcı olduğu kimi, bir sonu da var. "İnter"lə bu dörd il yaddaqalan oldu. Həmin xatirələri həmişə ürəyimdə saxlayacağam. Oğlumuz da dörd il “İnter”in formasını geyindi. Biz birlikdə çox xoşbəxtik”, - blogger Lucariello sosial şəbəkədəki səhifəsində yazıb.
Xatırladaq ki, dünən İnzaqi Milan klubunun baş məşqçi postunu tərk etdiyini açıqlayıb.