"Biz rəqibi yüksək dəyərləndiririk. Çətin oyun olacaq"

"Biz rəqibi yüksək dəyərləndiririk. Çətin oyun olacaq"

Xəbər verdiyimiz kimi, UEFA Millətlər Liqasının yarımfinalında Almaniya və Portuqaliya milliləri üz-üzə gələcəklər.

Olimpnews.az xəbər verir ki, matçdan əvvəl "Bundestim"in baş məşqçisi Yulian Naqelssman rəqib barədə fikirlərin bildirib.   

"Portuqaliya! Bu gün çox güclü bir komandaya qarşı çıxış edəcəyik. Onlar bu mərhələyə qədər gərgin bir yol qət etdilər. Danimarka ilə 1/4 finalda keçirdikləri görüşü xüsusi qeyd etmək istərdim. Portuqaliyanın çox yaxşı oyunçuları və baş məşqçisi var. Biz rəqibi yüksək dəyərləndiririk. Çətin oyun olacaq", - deyə UEFA rəsmisi Naqelssmandan sitat gətirib.

Qeyd edək ki, görüş bu gün Münhendəki "Alyans Arena"da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.