"Almaniya millisinə qarşı oynamaqdan çətin bir şey yoxdur"

"Almaniya millisinə qarşı oynamaqdan çətin bir şey yoxdur"

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez yığma komandanın Almaniya ilə yarımfinal matçı barədə fikirlərin bildirib. "Almaniya millisinə qarşı oynamaqdan çətin bir şey yoxdur. Düşünürəm ki, onların məşqçisi çox maraqlı bir heyət formalaşdırıb. Daha bir çətinlik odur ki, biz onların stadionunda oynayırıq. Onlar bu mərhələyə qədər əla oyun nümayiş etdirdilər. Səkkiz oyunun yalnız birində məğlub olublar. Rəqib komanda kollektiv oyuna üstünlük verir. Biz bunu yaxşı təhlil etmişik. Düşünürəm ki, 90 dəqiqənin tamamında sevinən tərəf biz olacağıq” - deyə UEFA-nın rəsmi saytı Martinezdən sitat gətirib.