Cari mövsümü titulsuz başa vuran İtaliyanın "İnter" klubu yay transfer pəncərəsində ilk transferini rəsmiləşdirib.
Olimpnews.az xəbər verir ki, Milan təmsilçisi Zaqreb "Dinamo"sunun futbolçusu Petar Şuçiçi heyətinə qatıb. "Nerazzuri"lər 21 yaşlı xorvatiyalı futbolçu üçün qarşı tərəfə 14 milyon avro ödəyəcək.
"İnter" ilk transferini rəsmiləşdirdi
