Bu gecə kapitan 100-ə çatacaq 

 

Bu gecə kapitan 100-ə çatacaq    

Bu gün Millətlər Liqasının ilk yarımfinalında Almaniya və Portuqaliya arasında keçirilən görüş "bundestem"in kapitanı Coşua Kimmix üçün əlamətdar olacaq. O, millinin formasında 100-cü oyununa çıxacaq. 

Almaniya Futbol İttiafaqının mətbuat xidmətindən verilən məlumata görə, bununla da millinin heyətində 100 oyun keçirən futbolçunun sayı 13-ə çatacaq. Rekord isə Lotar Matteusa məxsusdur. O, yığma komandanın heyətində 150 dəfə forma geyinib.