10 qələbə “Rossini kuboku”nu almaq üçün kifayət edib

10 qələbə “Rossini kuboku”nu almaq üçün kifayət edib


İtaliyanın Kremona şəhərində qadınlar arasında şpaqa üzrə Lino Rossininin şərəfinə 13-cü xatirə turniri keçirilib.
Azərbaycan təmsilçisi, beynəlxalq dərəcəli idman ustası, "Neftçi” İdman Sağlamlıq Mərkəzinin üzvü Yulia Nelyubova keçirdiyi 10 görüşü qələbə ilə başa vurub və kubokun qalibi adını qazanıb. Təmsilçimiz turnirdə iştirak edən 100-ə yaxın idmançı arasında da birinciliyi əldən verməyib. Yulia Nelyubovaya "Rossini kuboku” təqdim edilib.