Simone İnzagi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş məşqçisi təyin edilib.
Olimpnews.az BBC.com-a istinadən xəbər verir ki, italyan məşqçi çərşənbə axşamı “İnter”dən ayrıldıqdan sonra Səudiyyə Ərəbistanı təmsilçisi ilə iki illik müqaviləyə imza atıb. İnzagi bu postda portuqaliyalı məşqçi Xorxe Xesusun yerinə keçib.
49 yaşlı mütəxəssisin “Əl-Hilal”da ilk debütü iyunun 18-də Mayamidəki Klublararası Dünya Çempionatının start matçında Madrid “Real”ına qarşı olacaq.
Qeyd edək ki, Simone İnzaginin komandası şənbə günü Çempionlar Liqasının finalında PSJ-yə 5:0 hesabı ilə məğlub olaraq 2019/20 mövsümündən bəri ilk mövsümünü kuboksuz keçirib.
İnzagi "Əl-Hilal"la iki illik müqavilə imzaladı
