Bu gün futbol üzrə UEFA Millətlər Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək.
Olimpnews.az xəbər verir ki, ikinci finalçının adına aydınlıq gələcək oyunda Fransa və İspaniya milliləri qarşılaşacaq.
“Ştutqart Arena”da baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Xatırladaq ki, ötən gün keçirilən ilk yarımfinal oyununda Portuqaliya millisi Almaniyanı 2:1 hesabı ilə üstələyərək finala vəsiqə qazanmışdı.