"Liverpul" klubu "Barselona"nın hücumçu Luis Diazla danışıqlar təklifini rədd edib.
Olimpnews.az BBC Sport-a istinadən xəbər verir ki, klub rəhbərliyi keçən mövsüm Premyer Liqa titulunu qazanan "Liverpul" un əsas oyunçularından biri olan kolumbiyalı Diazın satılmadığını açıqlayıb.
28 yaşlı hücumçu 2022-ci ilin yanvarında "Porto" dan "Liverpul" a keçib və 2027-ci ilə qədər klubla müqavilə imzalayıb.
O, cari çempionatda 13 qol vurub və yeddi qol ötürməsi ilə yadda qalıb.
"Liverpul" "Barselona"ya rədd cavabı verdi
