İtaliyalı veteran futbolçu Kristian Panuççi UEFA Çempionlar Liqasının yeni formatını bəyənir.
Olimpnews.a xəbər verir ki, o, qeyd edib ki, bu qayda futbolun, xüsusilə də Çempionlar Liqasının nüfuzunu daha da artırıb.
"Format çox mükəmməldir. Matçların sayı çoxdur. Məğlub olan komandalar növbəti görüşə daha əzmlə hazırlaşırlar. Düzdür, oyun sayı futbolçuların fiziki imkanlarını azaldır. Lakin Çempionlar
Liqası kimi yarışda iştirak etmək hər bir futbolçunun böyük arzusudur" - deyə Panucci "Championat"ın müxbiri Mariya Kutsubeyevaya müsahibəsində bildirib.
Xatırladaq ki, 2024/2025 mövsümündən Çempionlar Liqasının qrup mərhələsi ümumi mərhələ ilə əvəzlənib. Bütün klublar birlikdə yarışırlar. Hər komanda üçün oyunların sayı altıdan səkkizə yüksəlib. Səkkiz turun nəticələrinə əsasən 36 klubdan ibarət cədvəl formalaşdırılıb. Bununla da 1/8 finala çıxan ilk 8 komanda dərhal məlum olur. 9-24-cü yerləri tutan klublar 1/8 finala vəsiqə qazanmaq üçün pley-off matçlarında iştirak edirlər.