Flik nigeriyalı futbolçunu komandada görmək istəyir

Flik nigeriyalı futbolçunu komandada görmək istəyir

"Atalanta"nın hücumçusu Ademola Lukman karyerasını "Barselona"da davam etdirə bilər.

Olimpnews.az "Catalunya Ràdio"nun verdiyi məlumata istinadla xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik 27 yaşlı nigeriyalını heyətdə görmək istəyir. Bunun üçün son La Liqa çempionu ən azı 60 milyon avro xərcləməlidir. Qeyd edək ki, Lukmanın "Atalanta" ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.