Türkiyənin "Qalatasaray" klubu Viktor Osimheni komandada saxlamaq üçün transfer çalışmalarını davam etdirir.
Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi nigeriyalı futbolçu üçün astronomik maaş təklifi hazırlayıb. Mövsümün əvvəlindən "Napoli"dən icarə əsasında İstanbul təmsilçisinin heyətinə qoşulan və qolları ilə çempionluğa damğasını vuran Osimhen üçün "Qalatasaray" 75 milyon avro ödəməyə hazırdır.
Səudiyyə Ərəbistanından sərfəli təklif alan hücumçunu yola gətirmək üçün ona hətta ilinə 26 milyon avroluq maaş da təklif edilir.
Qeyd edək ki, "Əl-Hilal" isə futbolçuya 40 milyon avroluq maaş təklif etmişdi.
Osimhen transferinə "Qalatasaray" da qoşuldu
