Braziliya millisi futbol üzrə DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.
Olimpnews.az xəbər verir ki, "sambaçılar" yeni italiyalı baş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında ilk oyununda Ekvador yığması ilə üz-üzə gəlib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, aktivində 22 xalı olan Braziliya millisi hazırda turnir cədvəlində 10 komanda arasında 4-cüdür. Son 14 ev oyununda məğlubiyyət üzü görməyən Ekvador 24 xalla ikinci pillədə yer alıb.
Birinci pillədə isə aktivində 34 xalı olan Argentina millisi qərarlaşıb
Ançelottinin Braziliya millisi ilə debütü heç-heçə ilə yadda qaldı
