Son dünya çempionlarından minimal hesablı qələbə

Son dünya çempionlarından minimal hesablı qələbə

Argentina millisi futbol üzrə DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində növbəti oyununu Çili yığmasına qarşı keçirib.  
Olimpnews.az xəbər verir ki, son dünya çempionları matçı minimal hesablı qələbə ilə başa vurublar -0:1. Oyunda vurulan yeganə qolun müəllifi qarşılaşmanın 16-cı dəqiqəsində fərqlənən Xulian Alvarez olub. 
Hazırda Lionel Skaloninin komandası 15 oyundan 34 xal toplayaraq 10 komanda arasında birinci pillədə qərarlaşıb. Çili yığması isə 10 xalla sonuncu - 10-cudur.