Cari mövsümü icarə əsasında "Qalatasaray"ın heyətində çıxış edən "Napoli" klubunun hücumçusu Viktor Osimhen "Əl-Hilal" rəhbərliyi ilə razılıq əldə edib.
Olimpnews.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi 26 yaşlı hücumçu ilə mövsümlük 35 milyon avro maaş + bonuslar daxil şərtlərlə razılığa gəlib. Növbəti addım isə "Napoli" və "Əl-Hilal" klublarının transfer məsələsində razılıq əldə etməsidir. Geriyə klubların razılaşması qalıb. Ərəblər transfer üçün neapolulara 70 milyon avro təklif edib. İtaliya klubunun nigeriyalı hücumçu üçün tələbi isə 75 milyon avrodur.
Osimhen "Əl-Hilal"la razılığa gəldi
