Sərbəst güləşçilərimiz “Təxti kuboku”nda yarışacaqlar

Sərbəst güləşçilərimiz “Təxti kuboku”nda yarışacaqlar

Fevralın 6-da İran İslam Respublikasının paytaxtı Tehranda böyüklər arasında sərbəst güləş üzrə ənənəvi "Təxti kuboku” Beynəlxalq turniri start götürüb. Yarışda məşqçi Nazim Əlicanovun rəhbərliyi altında 7 pəhləvan mübarizə aparır. Heyətdə Mircəlal Həsənzadə, Namiq Sevdimzadə (hər ikisi 57 kq), Ümüd Məmmədov (61 kq), Coşqun Əzimov (65 kq), Bəxtiyar İsrafilli (74 kq), Məhəmməd Abdulxaliqov (86 kq) və Roman Bəkirov (97 kq) yer alıblar.
Turnirin görüşlərini idarə edən hakimlər arasında ölkəmizi beynəlxalq dərəcəli hakim Xanmirzə Məlikəliyev təmsil edir. Yarış bu gün başa çatacaq.