"Brentford"un hücumçusu Brayan Mbemo yaxın günlərdə "Mançester Yunayted"lə müqavilə imzalayacaq.
Olimpnews.az xəbər verir ki, 2030-cu ilə qədər nəzərdə tutulan müqavilənin daha bir mövsüm də uzadılması nəzərdə tutulub. Jurnalist Nikolo Şira X sosial şəbəkəsində qeyd edib ki, "Mançester Yunayted" futbolçu üçün 71,4 milyon avro ödəyəcək. Qeyd edək ki, cari mövsümündə Mbemo 42 oyunda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.