La Liqanın başlanma tarixi açıqlandı

La Liqanın başlanma tarixi açıqlandı

Futbol üzrə İspaniya La Liqasında yeni mövsümün başlanma tarixi müəyyənləşib. 
Olimpnews.az La Liqanın rəsmi saytına istinadən xəbər verir ki, çempionatın 2025/26 mövsümü avqustun 17-də start götürəcək. La Liqaya mayın 24-də yekun vurulacaq. 
Tezliklə La Liqada yeni mövsümün rəsmi püşkatma mərasimi də keçiriləcək. 
Xatırladaq ki, La Liqanın 2024-25-ci illər mövsümünün qalibi 88 xalla “Barselona” klubu olub.