Qadın millilərimiz Avstriyadakı təlim-məşq toplanışını başa vurub

Qadın millilərimiz Avstriyadakı təlim-məşq toplanışını başa vurub

Azərbaycanın böyük, gənc və yeniyetmə qadın cüdoçulardan ibarət yığmaları Avstriyanın Leybnits şəhərində beynəlxalq təlim-məşq toplanışını başa vurub.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, qarşıdakı beynəlxalq turnirlərə hazırlıq məqsədilə baş tutan təlim düşərgəsində idmançılara yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər.

Qeyd edək ki, cüdoçular növbəti təlim-məşq toplanışını iyunun 10-dan 15-dək Xorvatiyanın Poreç şəhərində keçirəcəklər.