“Liverpul”un futbolçusu “Əl-Hilal”a keçməyə yaxındır

“Liverpul”un futbolçusu “Əl-Hilal”a keçməyə yaxındır

"Liverpul" klubunun uruqvaylı hücumçusu Darvin Nunez karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. 
Olimpnews.az  xəbər verir ki, 25 yaşlı futbolçu ilə "Əl-Hilal" klubu yaxından maraqlanır. Klub rəsmiləri artıq müqavilə imzalamaq üçün danışıqlara başlayıblar. Futbolçu özü də bu transferə müsbət yanaşıb. Ərəblər yaxın günlərdə transfer üçün “Liverpul” klubuna rəsmi təklif yollayacaq. 
Qeyd edək ki, uruqvaylı futbolçunun “mersisaydılar”la müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. Nunez ingiltərəlilərin heyətində 47 oyun keçirib, 7 qol vurub və bir qol ötürməsi ilə yadda qalıb.