UEFA Avropa Liqasının son qalibi "Tottenhem" yeni baş məşqçi ilə müqavilə bağlayıb.
Olimpnews.az xəbər verir ki, Premyer Liqada çıxış edən "Brentford"un baş məşqçisi Tomas Frank komandanın yeni mövsümdən etibarən sükan arxasına keçəcək. İnsayder Fabrizio Romanonun məlumatına görə, "mahmızlar" 51 yaşlı danimarkalıya görə "arılar"a 11,8 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Tottenhem" rəhbərliyi Avropa Liqasını qazandıqdan sonra Ange Postekoqlu ilə müqaviləyə xitam vermişdi.