Münhen klubu yeni formasını təqdim edib

Münhen klubu yeni formasını təqdim edib

Münhen "Bayern"i rəsmi saytında klubun növbəti mövsümdə geyinəcəyi yeni ev formasını təqdim edib.

Olimpnews.az xəbər verir ki, bu geyim dəstini dünya şöhrətli "Adidas" şirkəti hazırlayıb. Ehtimal olunur ki, Almaniya klubu iyunun 14-dən iyulun 13-dək ABŞ-da keçiriləcək klublararası dünya çempionatında da bu geyimlə mübarizə aparacaq. "Münhenlilər" "Oakland Siti", "Boka Xuniors" və "Benfika" ilə eyni qrupda çıxış edəcək.