Tennis əfsanəsi Rafael Nadalın raketkası "Prestige Memorabilia" hərracında rekord qiymətə - 157,3 min dollara satılıb.
Olimpiya çempionu bu raketka ilə 2017-ci ilin Rolan Qarros finalında çıxış edib. O, isveçrəli Sten Vavrinkanı üç setdə məğlub edib və karyerasında 10-cu dəfə turnirin qalibi olub.
Qeyd olunur ki, qiymət tennis raketkalarının hərracda satışı tarixində ən yüksək göstərici olub. Bundan əvvəlki rekord həm də Nadalın 2022-ci ildə Avstraliya Açıq çempionatının rusiyalı Daniil Medvedevlə final matçının raketkasına məxsus idi (2:6, 6:7 (5:7), 6:4, 6:4, 7:5). Bir il sonra "Sothebys" hərracında həmin raketka 139,7 min dollara satılmışdı.