"Roma" klubunun baş məqşçisi Klaudio Ranyeri qərarını dəyişib.
Olimpnews.az xəbər verir ki, 73 yaşlı mütəxəssis Luçano Spalettinin gedişindən sonra İtaliya millisinin baş məşqçi postuna namizəd göstərilirdi.
Ötən gün milli komandaya keçidinə razılıq versə də məşqçi qərarından imtina edib.
Qeyd edək ki, Ranyeri həm İtaliyada, həm də ölkə xaricində uğurlu məşqçilik karyerasına malikdir. Onun qərarından sonra komanda üçün növbəti alternativ variant Stefano Piolidir.