UFC daha bir ulduzunu itirə bilər

UFC daha bir ulduzunu itirə bilər

Amerikalı döyüşçü Castin Qetci ola bilər ki, UFC-dəki çıxışını yekunlaşdırsın.

Olimpnews.az xəbər verir ki, bu xəbəri məşhur idman meneceri Əli Əbdüləziz "Submission Radio"nun qonağı olarkən verib. "Castin mənə bildirdi ki, titul uğrunda mübarizə aparmasa, karyerasını bitirəcək. Mənə hörmət olunmadığını hiss edirəm. Mən UFC-də döyüşməyi xoşlayıram.

Bu liqanı sevirəm, amma bu məsələdə özümə hörmət gözləyirəm”, - deyə idman meneceri bildirib. 

Qeyd edək ki, mart ayında UFC 313-də keçirilən sonuncu döyüşündə Qetci Azərbaycan təmsilçisi Rafael Fiziyevə qalib gəlmişdi.