Millimiz Macarıstana məğlub oldu 

Millimiz Macarıstana məğlub oldu 

Futbol üzrə milli komandamız Bakıda  yoldaşlıq oyunu çərçivəsində Macarıstan seçməsi ilə qarşılaşıb. 
"Liv Bona Dea Arena"da keçirilən oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:2. 
Qarşılaşmada bütün qollar ilk hissədə vurulub. Əvvəlcə macarıstanlı futbolçu Barnabaş Varqa 5-ci dəqiqədə hesabı açsa da, yığmamız iki dəqiqə sonra Renat Dadaşovun qolu ilə hesabı bərabərləşdirib. Lakin oyunun 33-cü dəqiqəsində Dominik Soboslai qonaqları hesabda irəli çıxarıb. Bu, oyunda vurulan son qol olub. Fernandu Santuşun komandası bununla da 10 oyundur ki, qələbə qazana bilmir.