Xuan Qarsiya "Barselona"da 

Xuan Qarsiya "Barselona"da 

"Barselona" klubu yay transfer pəncərəsində ilk transferini yekunlaşdırıb. 
Olimonews.az klubun saytına istinadən xəbər verir ki, kataloniyalılar "Espanyol"un qapıçısı ilə 5 illik müqavilə imzalayacaq. 
Komada futbolçunun sərbəstqalma məbləğini qarşıdakı günlərdə ödəyəcək. 
Qeyd edək ki, X.Qarisya "Barselona"nın əsas, Voytsex Şesni isə ikinci qapıçı kimi ehtiyat oyunçular skamyasında əyləşəcək. Katalonlar  almaniyalı qapıçi ilə isə yay transfer pəncərəsində yolları ayırmağı planlaşdırır.