Fernandu Santuş qələbə üzü görməyən millimizin oyunundan razıdır

Fernandu Santuş qələbə üzü görməyən millimizin oyunundan razıdır

"Oyuna yaxşı başlamasaq da, bərabərlik qoluna imza atdıq. İkinci qola kimi matç balanslı şəkildə gedirdi"
Bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan yığmasına qarşı keçirdikləri yoxlama görüşündən sonra mətbuat konfransında deyib.
70 yaşlı mütəxəssis çətin rəqibə qarşı oynadıqlarını bildirib:
"Oyuna yaxşı başlamadıq. Bunun nəticəsində qapımızda erkən qol gördük. Dərhal cavab qolunu vursaq da, rəqib növbəti dəfə fərqlənməyi bacardı. İkinci hissə bizim üçün daha çətin keçdi. Daha çox top itkilərinə yol verirdik. Bərabərlik qolunu vuracağımıza çox inanırdıq. Təəssüf ki, bəzi futbolçularımızda yorğunluq hiss olunurdu. Ümumi götürsək, son iki yoxlama oyunundan razı qaldım".
Qeyd edək ki, "Liv Bona Dea Arena"da baş tutan Azərbaycan - Macarıstan oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.