"Şəhərlilər" növbəti transferini rəsmiləşdirdi 

"Şəhərlilər" növbəti transferini rəsmiləşdirdi 

İngiltərənin "Mançester Siti" klubu növbəti transferini rəsmiləşdirib.

Olimpnews.az xəbər verir ki, "şəhərlilər" Çelsi"nin qapıçısı Markus Bettinelli ilə bir illik müqavilə imzalayıb. 
33 yaşlı qapıçı imzalanma mərasimindən sonra mətbuat konfransında "Mançester Siti" ilə müqavilə imzalamaqdan qürur duyduğunu deyib. Pep Quardiolanın kluba gəlişindən sonra komandanın uğurlarını heyranlıqla izlədiyini deyən qapıçı bu uğurların inkişafında pay sahibi olmaq istədiyini bildirib.
Qeyd edək ki, Markus Bettineli bu günlərdə klubdan ayrılan ehtiyat qapıçı Skott Karsonun əvəzləyicisi kimi komandaya cəlb edilib.