Qattuzo İtaliya millisinin baş məşqçisi üçün əsas namizəddir 

Qattuzo İtaliya millisinin baş məşqçisi üçün əsas namizəddir 

Luçan Spaletti ilə yollarını ayıran İtaliya millisi yeni baş məşqçi axtarışlarını davam etdirir. 
Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi ilk olaraq Klaudio Ranyeri ilə razılıq əldə etsə də italiyalı mütəxəssis bu gün qərarından daşınaraq "Roma" klubunda qalmağa üstünlük verib. 
Raniyeridən sonra alternativ variantlar üzərində çalışan İtaliya Futbol Federasiyası millinin sükanı arxasına Cennaro Qattuzonu gətirmək istəyir. Bundan başqa Stefano Pioli də baş məşqçi postu üçün əsas namizədlərdən biridir.