Dünya çempionları azlıqda qalmasına baxmayaraq məğlubiyyətdən yaxa qurtardı 

Dünya çempionları azlıqda qalmasına baxmayaraq məğlubiyyətdən yaxa qurtardı 

Son dünya çempionu Argentina millisi yoldaşlıq oyununda gücünü sinayıb. 
Olimpnews.az xəbər verir ki, Lionel Skaloninin komandası Kolumbiya yığması ilə üz-üzə gəlib. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi oyunda qalib müəyyənləşməyib -1:1. 
Buenos-Ayresdəki “Monumental” stadionunda keçirilən qarşılaşmada hesab 24-cü dəqiqədə açılıb. Qonaqların hücumçusu Luis Dias adını tabloya yazdırıb. Bu azmış kimi Argentina millisi matçın 71-ci dəqiqəsində azlıqda qalıb. Yarımmüdafiəçi Entso Fernandes qırmızı vərəqə ilə meydandan qovulub. Lakin Lionel Skaloninin komandası azlıqda qalmasına baxmayaraq, məğlubiyyətdən yaxa qurtarmağı bacarıb. Matçın 81-ci dəqiqəsində Tyaqo Almada bərabərlik qolunun müəllifi olub. Qarşılaşmanın qalan dəqiqələrində başqa qol olmayıb və oyun 1:1 hesablı bərabərliklə başa çatıb.