İndiyə qədər hansı komandalar DÇ-2026-ya vəsiqə qazanıb?

İndiyə qədər hansı komandalar DÇ-2026-ya vəsiqə qazanıb?

Gələn il Şimali Amerikanın üç ölkəsində (ABŞ, Kanada və Meksika) keçiriləcək futbol üzrə dünya çempionatının 13 iştirakçısı müəyyənləşib. Məlumdur ki, ev sahibləri yarışa birbaşa vəsiqə əldə edbilər. Mundiala Asiyadan altı komanda çıxıb.  İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan və Asiya seçmə mərhələsindən keçən Avstraliya vəsiqəni təmin edən komandalar sırasındadır. Cənubi Amerikadan Argentina, Braziliya və Ekvadorda DÇ-2026-da çıxış etmək imkanı əldə ediblər. Siyahıda Okeaniya seçmələrindən uğur qazanan Yeni Zelandiya millisinin də adı var. 

Məlumat üçün bildirək ki, DÇ-də ümumilikdə 48 milli komanda iştirak edəcək.Yarışlar 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək.