Ancelotti gedən kimi yığmanın tarixinə düşdü

Ancelotti gedən kimi yığmanın tarixinə düşdü

Dünən Braziliya millisi Paraqvayla rəsmi görüşdə minimal hesabla (1:0) qələbə qazanaraq, DÇ-2026-ya vəsiqəni rəsmiləşdirib. Bununla da Braziliya yığması tarixdə bütün dünya çempionatlarında  iştirak edən yeganə komanda rekordunu qoruya bilib. Məlumat  üçün bildirək ki, 1930-cu ildən bəri 22 dünya çempionatı keçirilib. Karlo Ançelottinin rəhbərliyi altında «sambaçılar» 23-cü dəfə mübarizəyə qoşulacaqlar. Braziliya millisi bu turnirdə 5 dəfə qalib olub ki, bu da DÇ-nin tarixindən mütləq rekord hesab olunur.

Xatırladaq ki, turnir 2026-cı il iyunun 11-dən iyulun 19-dək Kanada, ABŞ və Meksika keçiriləcək. Kanada və Meksikanın hər biri 13, ABŞ-ın isə 78 oyuna ev sahibliyi nəzərdə tutulub.

Ancelotti gedən kimi yığmanın tarixinə düşdü