"Milan" klubun sol kənar müdafiəçisi Teo Hernandes karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Olimpnews.az xəbər verir ki, 27 yaşlı fransalı futbolçu ilə Madrid "Atletiko"su yaxından maraqlanır.
Artıq klublar arasında razılıq əldə edilib. İspaniya təmsilçisi futbolçu üçün 23 milyon avro ödəyəcək.
Müqavilədə bonuslar da yer alıb.
"Milan"ın futbolçusu "Atletiko"ya keçə bilər
