Los Anceles-1984 Yay Olimpiya Oyunlarının bədi gimnastika üzrə amerikalı çempionu Meri Lou Retton sərxoş halda avtomobil idarə etdiyinə görə, 100 dollar cərimə olunub.
"Baş verənlərə görə heç bir bəhanə gətirə bilmərəm. Ailəmə, dostlarıma və pərəstişkarlarıma demək istəyirəm ki, sizi məyus etmişəm, buna görə çox üzr istəyirəm. Bu mənə dərs oldu", - deyə ESPN Lou Rettondan sitat gətirib. Məlumat üçün bildirək ki, Lou Retton Los Ancelesdə keçirilən olimpiadada çoxnövçülük üzrə qızıl medal qazanan ilk amerikalı olub. Həmin vaxt onun 16 yaşı tamam olmuşdu. O, həmçinin iki gümüş və iki bürünc medala yiyələnərək, ABŞ-da gimnastikanı populyarlaşdırmışdı.