"Qalatasaray" azarkeşlərinə müjdə

"Qalatasaray" azarkeşlərinə müjdə

Münhen "Bayern"nin futbolçusu Leroy Sane karyerasını "Qalatasaray"da davam etdirəcək. Almaniyalı jurnalist Florian Plettenberg sosial media hesabında qeyd edib ki, İstanbul klubu futbolçuya illik 10-12 milyon avro maaş təklif edib. 

Qeyd olunur ki, almaniyalı futbolçunun «Qalatasaray»a keçidi pulsuz başa gələcək. Xatırladaq ki, Sane ötən mövsüm Bundesliqada 30 oyun keçirib, 11 qol vurub.