"Qalatasaray" Musleraya əvəzləyici tapdı

"Qalatasaray" Musleraya əvəzləyici tapdı

Futbol üzrə 2024/25 mövsümünü iki kubokla başa vuran Türkiyənin “Qalatasaray” klubu yeni mövsümdə UEFA Çempionlar Liqasında uğur qazana biləcək komanda yaratmaq üçün transfer çalışmalarını davam etdirir. 
Olimpnews.az xəbər verir ki, Fernando Musleranın yerinə yeni qapıçı axtaran "sarı-qırmızılar" yeni bir adla gündəmə gəlib. 
Qapıçı siyahısına əvvəllər Andrey Lunin, Yan Oblak, Dominik Kotarski və Mark-Andre Ter Stegen kimi adlar daxil olan “cimbom” bu yaxınlarda “Çelsi”nin ulduzunu ilə də maraqlanır. 
Keçən mövsüm Premyer Liqa komandasından Fransa çempionatında "Strasburq" komandasına icarəyə verilən Corc Petroviçin adı "Qalatasaray"ın transfer siyahısında birinci yerdədir. 
Qeyd edək ki, dəyəri 20 milyon avro olan Petroviçin 2030-cu ilə qədər "Çelsi" ilə müqaviləsi var.