İspaniyalı qapıçı Xuan Qarsiyanın transferini həll edən “Barselona” klubu daha bir futbolçunu heyətinə cəlb etmək istəyir.
Olimpnews.az kluba yaxın olan mənbələrə istinadla xəbər verir ki, Kataloniya təmsilçisi İvan Perişiç ilə maraqlanır.
36 yaşlı futbolçu baş məşqçi Hans Flikin istəyi ilə transfer edilir. Klub artıq İvan Perişiç ilə danışıqlara başlayıb. Xorvatiyalı futbolçu özü də karyerasını “Barselona”da davam etdirməkdə maraqlıdır. Oyunçu buna görə hazırda PSV rəhbərliyi ilə yeni müqavilə üçün apardığı danışıqlara fasilə verib.