Vinisus Junior zədələndi

Vinisus Junior zədələndi

Madrid “Real”ının futbolçusu Vinisus Junior zədələnib.

Olimpnews.az xəbər verir ki, “sambaçı” Braziliya – Paraqvay oyunu zamanı matçın 77-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Sol ayağında ağrılar hiss etdiyi üçün əvəzlənən futbolçunun yaşıl meydanlara geri qayıdacağı tibbi testlərdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Braziliya – Paraqvay oyunu meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb -1:0.