"Mançester Yunayted" fransalı futbolçu ilə maraqlanır 

"Mançester Yunayted" fransalı futbolçu ilə maraqlanır 

Almaniyanın "Ayntraxt" klubunda çıxış edən Huqo Ekitike karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 
Olimpnews.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə "Mançester Yunayted" klubu yaxından maraqlanır. "Qırmızı şeytanlar" fransalı hücumçu üçün  rəsmi danışıqlara başlayıb. Frankfurt rəhbərliyi "manikunyanlar"dan oyunçu üçün 100 milyon avro tələb edir.