"Topçular"dan isveçli hücumçu üçün həmlə 

"Topçular"dan isveçli hücumçu üçün həmlə 

İngiltərənin "Arsenal" klubu Viktor Gyökereşin transferində israrlıdır. Olimpnews.az xəbər verir ki, London təmsilçisi "Sportinq" rəhbərliyinə isveçli hücumçu üçün 55 milyon avroluq rəsmi təklif yollayıb. Bundan başqa müqavilənin bəndlərində əlavə olaraq 10 milyon avroluq bonuslar da yer alıb.