Nazir Azad Rəhimov Avropa idman nazirlərinin görüşündə çıxış edib

Nazir Azad Rəhimov Avropa idman nazirlərinin görüşündə çıxış edib


Fevralın 7-də Rusiyanın Soçi şəhərində Avropa Şurası idman nazirlərinin qeyri-rəsmi görüşü keçirilib. 50-dək ölkənin idman nazirinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov da olub. Azad Rəhimov tədbirdə çıxış edərək, Soçi Olimpiadasının açılış mərasimi öncəsi həmkarlarına və iştirakçı ölkələrin nümayəndə heyətlərinə uğurlar arzulayıb.
Gənclər və idman naziri Soçi Olimpiadasından sonra Avropada növbəti ən böyük idman bayramının məhz Bakıda yaşanacağını qeyd edərək, qitə idmanında tarixi hadisəyə çevriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinin ən yüksək səviyyədə davam etdiyini bildirib.