Türkiyənin "Qalatasaray" klubu almaniyalı futbolçunu heyətinə cəlb edərək mövsümün səs-küylü transferini rəsmiləşdirib.
Olimpnews.az fanatik.com-a istinadən xəbər verir ki, tibbi testlərdən uğurla keçdikdən sonra "sarı-qırmızılar" Leroy Sane ilə 3 illik müqavilə imzalayıb.
29 yaşlı cinah hücumçusu Türkiyə klubunun heyətində ilinə 11-15 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, futbolçu yeni komandasına Klublararası Dünya Çempionatından sonra qoşulacaq.
"Qalatasaray"dan transfer bombası - 3 illik müqaviləyə imza atdı
