Uimbldon turnirinin ümumi mükafat fondu rekord həddə çatdı

Uimbldon turnirinin ümumi mükafat fondu rekord həddə çatdı

Nufuzlu tennis turnirlərindən biri sayılan Uimbldonun ümumi mükafat fondu rekord həddə çatıb. 
Olimpnews.az xəbər verir ki, mövsümün üçüncü “Böyük Dəbilqə” turniri olan Uimbldonda veriləcək mükafatların məbləği keçən ilə nisbətən 7 faiz artaraq 53,5 milyon funt sterlinqə çatıb. Turnirin qalibi olacaq idmançı 3 milyon funt sterlinq qazanacaq ki, bu da əvvəlki illərlə müqayisədə 11 faiz çoxdur. 
Mötəbər yarış 30 iyun-13 iyul tarixlərində keçiriləcək.