Voleybol millilərimiz Avropa liqalarında növbəti oyunlarını keçirəcəklər

Voleybol millilərimiz Avropa liqalarında növbəti oyunlarını keçirəcəklər

Avropa liqalarında mübarzəsini davam etdirən Azərbaycanın kişi və qadınlardan ibarət milliləri bu gün növbəti oyunlarına çıxacaq. 

Olimpnews.az xəbər verir ki, kişi voleybolçulardan ibarət iyığmamız Avropa Gümüş Liqası çərçivəsində Lüksemburqla üz-üzə gələcək. Saat 18:00-da başlayacaq görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. 

Qadın millimiz isə Avropa Qızıl Liqası çərçivəsində Xorvatiya yığması ilə qarşılaşacaq. Xorvatiyanın Zadar şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.