Azərbaycanla Ukrayna arasında gənclər və idman sahəsində əməkdaşlığa dair tədbirlər planı imzalanıb

Azərbaycanla Ukrayna arasında gənclər və idman sahəsində əməkdaşlığa dair tədbirlər planı imzalanıb


Soçidə 22-ci Qış Olimpiya Oyunlarının açılış mərasiminə gəlmiş Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimovun fevralın 8-də Ukraynanın gənclər və idman naziri Ravil Safiullinlə gürüşü olub. Görüş zamanı indiyədək iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlıq yüksək qiymətləndirilib. Sonra nazir Azad Rəhimovla ukraynalı həmkarı qarşıdakı illərdə əməkdaşlığı əhatə edən tədbirlər planını imzalayıblar.