"Qalatasaray"dan daha bir transfer müjdəsi

"Qalatasaray"dan daha bir transfer müjdəsi

"Mançester Siti"nin mərkəz yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını "Qalatasaray"da davam etdirəcək.

Olimpnews.az türkiyəli jurnalist və insayder Yağız Sabuncuoğlunun X sosial şəbəkəsində verdiyi xəbərə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Səudiyyə Ərəbistanından gələn təklifdən imtina edərək, karyerasını Avropa çempionatında davam etdirmək istəyir. Gündoğanın "şəhərlilər"lə müqaviləsi 2026-ci ilin yayında başa çatır.