Bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çemmpionatına start verilib.
Olimpnews.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan komandasdının üç üzvü tatami üzərinə çıxıb. Təsssüf ki, hər üç cüdoçumuzun çıxışı uğursuz olub.
Təmsilçilərimizdən -48 kq çəki dərəcəsində çıxış edən Leyla Əliyeva 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanovanı məğlub edib. Lakin cüdoçumuz növbəti mərhələdə ispaniyalı Laura Martinezə uduzaraq yarışla vidalaşıb.
Bu çəkidə quvvəsini sınayan digər cüdoçumuz Könül Əliyeva isə ilk görüşdə - 1/32 finalda ABŞ təmsilçisi Mariya Labordeyə uduzub.
Millimizin digər üzvü Əhməd Yusifov (-60 kq) isə mübarizəyə 1/16 finaldan başlayıb. Təmsilçimiz yaponiyalı Ryuju Naqayamaya məğlub olaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, iyunun 19-dək davam edəcək dünya çempionatının fərdi yarışlarının növbəti günlərində daha 10 (8 kişi, 2 qadın) cüdoçumuz tatami üzərinə çıxacaq.
Cüdoçularımız dünya çempionatının ilk gününü medalsız başa vurdular
