Türkiyə Supee Liqasında ardıcıl üçüncü çempionluğunu qazanan "Qalatasaray" Leroy Sanenin ardından daha bir ulduz futbolçunu komandaya gətirməyi planlaşdırıb.
Olimpnews.az Türkiyənin "Sabah" nəşrinə istinadən xəbər verir ki, "sarı-qırmızılılar" bu dəfə Bernardo Silvanı heyətinə cəlb etmək istəyir.
Futbolçu özü də karyerasını Turkiyədə davam etdirməyə müsbət yanaşıb.
Qeyd edək ki, futbolçunun "Mançester Siti" ilə bir illik müqaviləsi var.
"Qalatasaray" Sanedən sonra daha bir ulduzu komandaya gətirir
